Cəmiyyət

Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur

Turkdunyasiinfo xəbər verir ki, 20.07.2026 cı il tarixdə “Turkdunyasiinfo”.az informasiya portalının təsisçisi Gəncə şəhərində “BakuBus”a məxsus, dövlət qeydiyyat nişanı 77-JZ-473 olan 9 nömrəli marşrut avtobusunda təhlükə vəziyyətlə üzləşib. Əlbəttə ki, qeyd etdiyimiz hal sərnişin təhlükəsizliyi və sürücülərin etik davranışı ilə bağlı ciddi narahatlıq yaradıb.

Belə ki, avtobus sürücüsü hərəkət zamanı qəfil və kəskin tormuzlanma edərək sərnişinlərin həyat və sağlamlığını təhlükə altına qoyub.

Hadisə zamanı avtobusda olan sayt rəhbəri ömürlükəlilliyi olan sərnişin bildirib ki, onun yanında 5 yaşlı azyaşlı uşaq da olub və qəfil tormuzlanma nəticəsində hər ikisi üçün təhlükəli vəziyyət yaranıb.
Sayt rəhbəri sürücüyə nəzakətlə müraciət edərək sağlamlıq vəziyyətini və yanında azyaşlı uşaq olduğunu xatırladıb, nəqliyyat vasitəsini daha ehtiyatla idarə etməsini xahiş edib. Lakin sürücü bu irada adekvat reaksiya vermək əvəzinə, digər sərnişinlərin gözü qarşısında kobud və aqressiv davranaraq, “Avtobusda problem var, nə deyirsən” məzmununda ifadələr işlədib.

Sayt rəhbəri bildirir ki, sürücünün davranışı onu mənəvi cəhətdən sarsıdıb və ictimai yerdə alçaldıb. O, baş verənlərdən sonra ilk dayanacaqda avtobusdan düşmək məcburiyyətində qalıb.

Hadisə ilə bağlı “BakuBus” rəhbərliyindən və aidiyyəti qurumlardan məsələnin obyektiv araşdırılması, avtobusun videoqeydiyyat görüntülərinə baxılması, sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi tələb olunur.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişinlərin, xüsusilə əlilliyi olan şəxslərin, yaşlıların və azyaşlı uşaqların təhlükəsizliyi və onlara hörmətlə yanaşılması daşıyıcı şirkətlərin əsas öhdəliklərindən biridir. Baş vermiş hadisənin bütün təfərrüatları araşdırılmalı və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görülməlidir.(Turkdunyasiinfo.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş: