Cəmiyyət

Adil Vəliyev qanun-qayda-tanımır? – Agacları məhv edib tikinti aparanlara yaşıl işıq… – VİDEO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yaşıllıqların məhv edilərək ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.

Bizimesr.com bildirir ki, sözügedən ərazidə bir müddətdir tikinti işləri aparılır. Təbii ki, həmişəki kimi, qanunsuz və sənədsiz.

Sakinlərin bildirdiyinə görə, tikintidən əvvəl ərazidə çoxsaylı ağaclar olub. Ağaclar gecə saatlarında və ya gizli şəkildə kəsilərək ərazi hasarlanıb, daha sonra isə tikinti işlərinə başlanılıb.

Ərazi sakinləri hesab edirlər ki, yaşıllıqların məhv edilməsi və tikinti işlərinin aparılması ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır. Onlar məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin indiyədək hər hansı rəsmi cavab almadıqlarını bildiriblər: “Adil Vəlyev Sabunçu sakinlərini saya salmır. Nə müraciətləri eşidir, nə də suallara cavab verir. Sadəcə uzun illərdir bu rayonda istədiyini edir”.

Məsələni dəqiqləşdirmək məqsədilə redaksiyamız tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi sorğular ünvanlanıb. Lakin material dərc olunanadək sorğularımıza cavab verilməyib.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/adil-veliyev-qanun-qayda-tanimir—-agaclari-mehv-edib-tikinti-aparanlara-yasil-isiq—video-22651

Paylaş: