Cəmiyyət

Vasif Talıbovdan sonra BU DA OLDU: İşçiləri QOVURLAR… – NARAZILIQ VAR!

„Arkoz Holdinq“in Kəngərli rayon Qarbağlar kəndindəki daş karxanasında fəhlələrin ixtisarına başlanılıb. Artıq, 10-larla fəhlənin işdən çıxarıldığı, bir o qədərinə də bununla bağlı xəbərdarlıq olunub. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a fəhlələrin özləri məlumat verib. Onlar bildirir ki, rəhbərlik bunu istehsalın aşağı düşməsi, maliyyə çətinliyi ilə izah edir.
İşdən çıxarılan fəhlələrdən F. Səfərov deyir ki, işdən çıxarılmanın səbəbi ilə bağlı onlara rəsmi qərar verilmir:
“İşdən niyə, hansı səbəb çıxarılmağımızla bağlı açıq demirlər. Bununla bağlı rəsmi sənəd də vermirlər. Çünki, qanunsuz çıxarırlar hamını. Qorxurlar ki, çıxarılma ilə bağlı sənədi əldə edib, məhkəməyə müraciət edərik. Ona görə vermirlər. Mən 20 ilimi bu işə vermişəm. Karxanın ən çətin vaxtlarında 350 manat maaşa işləmişəm. Bir neçə ildir ki, maaşımız 600 manata qaldırılmışdı, indi də işdən çıxardılar. Tək mən deyiləm, 10-larla mənim kimisi var. Hərəyə bir bəhanə qoiyurlar. 55 yaşım var, mənə deyirlər ki, yaşlısan. Cavanlara da deyirlər ki, təcrübən yoxdur. Yeni rəhbərlik acgözlük edir. İstəyirlər ki, az işçi ilə çox iş görsünlər, işdən çıxarılanların pulunu cibləırinə qoysunlar”.
S. Məmmədov isə deyir ki, onun kimi bir neçə nəfərə tezliklə işdən çıxarılacaqları ilə bağlıxəbərdarlıq olunub:
„Bu karxananı biz böyüdüb, şirkət eləmişik. „Gəmiqaya“nın vaxtında az.çox qədrimiz bilinirdi. Yeni rəhbərlik acgözlük edir. Xeli adamı artıq işdən çıxarıblar, bizə də xəbərdarlıq olunub. Çoxumuz da cavan ailə, körpə uşaqlarımız var. İşdən çıxarsalar, ac qalacağıq. Çünki, Naxçıvanda iş tapmaq mümkün deyil. Həm də uzun illərdir ki, bu işə alışımışıq. Nə edəcəyimizi bilmirik“.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir