Cəmiyyət

AMEA robot-tozsoran, əl qurudan alır – 199 min manatlıq müqavilə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “Maşın və avadınlıqların satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi “İNTEGRAL PLUS” MMC olub. Tərəflər arasında 198.978,68 AZN-lik müqaviləyə imza atılacaq.
Müqaviləyə əsasən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu Dron – KVADROKOPTER, Robot-tozsoran, “Wireless Microphone” (simsiz mikrafon), Mikrodalğalı sobası, Əl qurudan, Su borularına qoşulan ani elektrik su quzdırıcısı və.s ilə təmin olunacaq.
Bildirək ki, “İNTEGRAL PLUS” MMC-nin nizamanmə kapitalı 100 AZN, qanuni təmsilçi ROYAL BAYRAMOV ƏLÖVSƏT OĞLUdur.
Xatırladaq ki, AMEA prezidenti, akademik İsa Həbibbəylidir.
Rasim Əliquliyev isə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktorudur.32gun.az
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir