Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə şəhər Dövlət Yol Polisinin rəisi polkovnik-leytenant Eldəniz Həsənovdur.
Eldəniz müəllim də Daxili İşlər Orqanlarında ad-san qazanmış şəxslərdəndir. Xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Eldəniz Həsənov, bu gün dövlətin və Gəncə şəhərin əhalisinin dərin hörmətini qazanan şəxslərdəndir. Eldəniz müəllimin atdığı addımlar, tutduğu ləyaqətli mövqe hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Ona görə ki, bu gün bütün strukturlarda innovativ inkişaf, süründürməçiliyə son, özünü təsdiq üçün yaradılan imkanlar dövlətlə vətəndaş arasında daha sıx təmasın qurulmasına xidmət olunmasında Azərbaycan polisi hər zaman əl çatandır. Sabitliyi, əmin-amanlığı qorumaqla bərabər polis həm də vətəndaşın maarifləndirilməsində mühüm rol oynayan quruma çevrilib. Eldəniz Həsənov rəis vəzifəsinə təyin olunduqdan sonra Gəncə şəhər Yol polisi sistemi ilə daha da yaxından maraqlandı, norma və tələblərə cavab verən məsələlər öz həllini tapdı. Bu, bir yandan tam şəffaflığın təmin olunmasına, məhz ən layiqlilərin seçilməsinə şərait yaradırsa, o biri yandan da, yollarda nəqliyyatın tənzimlənməsində polis orqanlarında çalışanların özünə güvən, işinə sevgi aşılayır.
Çünki isti yay günlərində Gəncə şəhər Dövlət Yol Polisinin əməkdaşları yaşlı insanlara, ümumiyyətlə vətəndaşlara sərin su verməklə, bəzi lazımi xidmətləri göstərərək öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə də Gəncə şəhər sakinlərinin rəğbətini qazanmışlar. Gəncədə vətəndaşlarla keçirilən sorğu zamanı da vətəndaşlar Gəncə Dövlət Yol Polisinin əməkdaşlarının fəaliyyətindən çox razı olduqlarını bildiriblər. Təbii ki, bu da Gəncə şəhər Dövlət Yol Polisinin rəisi polkovnik-leytenant Eldəniz Həsənovun öz işini şərəf və ləyaqətlə yerinə yetirməsinin nəticəsidir.
Eldəniz müəllim məhz işindəki nizam-intizamı yüksək mövqe sahibi kimi də etimad və etibar qazanıb.
Polis xalqın və Vətənin sadiq xidmətçisidir. Onun təbiətini, torpağının, suyunun keşiyində də inamla dayanıb. Hər bir əməkdaş polisin nüfuzuna xidmət etməklə yanaşı, əsl vətəndaş yanğısı ilə də ön cərgəsində olduqları mübarizədən bir addım belə geri atmayaraq, insan həyatının ovuna çıxmışları elə iş başındaca yaxalayır, onlara göz açmağa imkan vermir.
Polis hər hansı bir situasiyada xilaskarlıq missiyasını yerinə yetirməklə bərabər, maarifləndirmə işindən, təbliğatından da qalmır. Görülən işlərin, əldə olunan uğurların ünvanı, hədəfi bəllidir. Ən əsası, “Hər şey Vətən üçün, hər şey xalq üçün” prinsipinə əməl etmək, qurulanı, etibar ediləni qoruyub gələcək nəsillərə ərmağan etmək Azərbaycan Polisinin ən ümdə vəzifəsidir və amalıdır. Eldəniz Həsənov yüksək biliyi və təhsili olan, ixtisaslaşmış və təcrübi qabiliyyətləri olan istedad sahibidir. 105 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçib. Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən, dövlətçiliyin əsas sütunlarından birinə çevrilən Daxili İşlər Orqanının Yol Polisi rəisi vəzifəsinə təyin edilən insanlara maksimum diqqət və qayğıyla yanaşaraq, vətndaşlarımızın problemlərini həll edərək, öz fəaliyyətilə dövlətimizə və Prezidentimizə inamını daha da artırır.
Ona etibar edilən mühüm vəzifə və tapşırıqları yüksək peşəkarlıqla həyata keçirən Eldəniz Həsənov sözün həqiqi mənasında özünü bu ali vəzifənin etibarlı bir şəxsə tapşırıldığını əməli ilə sübut edir. Biz də hörmətli Eldəniz Həsənova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni nailiyyətlər arzu edirik.
Baş redaktor: ARİF BARATZADƏ