Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.
Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində “General Avto Company” şirkətinə məxsus avtobus parkında qeydə alınıb.
Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.