«Pirallah-çörək» ASC ləğv edilib.
Zirveyolu.info FED.az-a istinadla xəbər verir ki, ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının 26 noyabr 2022-ci il tarixli qərarına əsasən “Pirallah-çörək” ASC ləğv edilib.
Şirkətdən verilən məlumata görə, “Pirallah-çörək” ASC-nin səhmdarlarının sahibi olduqları səhmlərin dəyəri ASC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Xətai filialında açılmış hesaba ödənilib. Bu zaman hər səhmə görə, səhmdarlara 1 manat ödəniş edilib.
Səhmdarlar sahibi olduqları səhmlərin dəyərini əldə etmək üçün ləğvetmə komissiyasına müraciət etməlidirlər. Ünvan- Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23, “AMAY” Ticarət Mərkəzi, 3-cü mərtəbə, 10-cu otaq.