Cəmiyyət

“TikTok” hesabını oğurlayaraq yaxınlarından pul yığdı – TƏFƏRRÜAT

“TikTok”-da özünü mütəxəssis kimi tanıdan şəxs, hesabını oğurlayaraq izlədiyi şəxslərdən müxtəlif miqdarlarda pul toplayıb.

Zirveyolu.info xəbər verir ki, bu barədə Patrul.az-a zərərçəkmiş Nurullayeva Cəmilə Güloğlan qızı məlumat verib.

O bildirir ki, “TikTok” vasitəsi ilə tanıdığı şəxs ona hesabının “spam”-da olduğunu bildirərək bu sahədə mütəxəssis olduğunu bildirib və daha sonra hesabını oğurlayaraq izlədiyi yaxınları ilə əlaqə qurub. Bu vasitə ilə onlardan müxtəlif məbləğlərdə pul istəyib. Zərərçəkmiş həmin şəxsin təxminən 2000 AZN miqdarında pulu mənimsədiyini bildirir:

N.Cəmilə hadisə ilə bağlı 32-ci polis bölməsinə şikayət ərizəsi də təqdim edib və hüquq mühafizə orqanlarının dələduzluq edən şəxsi taparaq ona lazımlı cəzanı verəcəyini ümid etdiyini də bildirib.

Daha ətraflı aşağıdakı videoda:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir