Bir neçə gün öncə qəzalı vəziyyətə düşən Cəlilabad-Yardımlı avtomobil yolunun üzərində yerləşən körpüdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə çətinləşib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, körpünün əsas hissəsi uçduğundan yolun yalnız bir metr eni qalıb.
Hazırda yük avtomobilləri yoldan keçə bilmir. Yerli sakinlərin sözlərinə görə, biçin mövsümünə hazırlıq üçün kənd təsərrüfatı texnikaları Yardımlı ərazisinə keçə bilmirlər.
Müvafiq qurumlar tərəfindən əraziyə çay daşları töklüsə də, xeyir olmayıb.
Sözügedən körpünün tamamilə yenidən qurlmasına ehtiyac var.
Qeyd edək ki, İntensiv yağan yağıntılar nəticəsində Cəlilabadın Buravar kəndindəki avtomobil yolu üzərində körpü sel sularının təsirindən uçmuşdu.