Hərb Manşet

Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstana gedib, hərbi əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.

“Zirvə yolu” xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.

Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir