Sualımız Vasif Talıbovun zamanında mülkiyyət hüququ pozulmuş naxçıvanlı sahibkarlaradır. Aranızda pozulmuş hüquqları həqiqətən bərpa olunanlar varmı? Varsa, hansı səviyyədə, reportajda adı keçən sahibkarlar kimi sizdəmi tam razısınız?
Sualımızın məqsədi rəsmi məlumatla, xeyli narazı sahibkarın bizə verdiyi məlumatlar arasında ziddiyyətə aydınlıq gətirməkdir.
Rəsmilər və narazı sahibkarların bir-biri ilə uyğun gəlməyən məluamatları:
-Naxçıvanın rəsmi televiziyası olan NTV sahibkarların hüquqlarının tam bərpa olunması ilə bağlı reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, təkcə Şərur tayonunda mülkiyyət hüququ pozulmuş 82 nəfərdən 77-sinin hüquqları tam bərpa olunub. Televiziyaya müsahibə verən üç sahibkar da deyilənləri təsdiq edib, onlara verilən kompensasiyadan razı olduqlarını bildiriblər.
-Lakin, bundan öncə bir qrup sahibkar „Gündəlik Naxçıvan”a müraciət edərək, mülkiyyət hüquqlarının bərpa olunmasında yaşadıqları ədalətsizlik və haqsızlıqlarla üzləşdiklərini bildirib. Onlar bəzi hallarda iddialarının rədd edildiyini, bəzi hallarda isə təklif olunan konpensasiyaların dəymiş ziyanın cuzi bir hissəsini qarşıladığını iddia edirlər.
Mənbə: „Gündəlik Naxçıvan”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…