Cəmiyyət

Azərbaycanda daha bir azyaşlı ƏRƏ VERİLİR

Aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntülərini yayımlayıb.

Hadisə Sabirabadın Məmişli kəndində yaşanıb. Belə ki, aparıcı çəkiliş üçün ailənin evinə yollanıb.

Ailəsi əvvəlcə övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriblər.

“Yalandan bəyin 29 yaşı olduğunu demişdilər. Məlum oldu ki, 32 yaşı var. Qızla aralarında 20 yaş fərq var. Oğlanın adı Kərimdir”, – deyə aparıcı verilişində deyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir