Cəmiyyət

Penitensiar sistemdə İSLAHAT TƏDARÜKÜ… – İLGİNC İDDİALAR…

Penitensiar xidmətinin kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovun həbs oluna, Mayil Məmmədov isə vəzifəsini itirə bilər…
Prezident İlham Əliyevin sərəncamı ilə PrnitensiarXidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Seyidov bu sistemdə uzun illərdən bəri ənənə halını alan rüşvət və digər neqativ hallarla mübarizəyə başlayıb.
Qeyd edək ki, ötən müddət ərzində istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla onların yaxınlarının görüşü zamanı tələb olunan rüşvət ləğv edildi.
Bundan başqa məhkumların qida təminatında da müsbət irəlləyişlərin olduğu deyilir.
Belə ki, bu addım indiyədək normal qidadan mərhum olan minlərlə imkansız məhkumlar üçün sevindirici olub.
Bundan əvvəl Penitensiar Xidmətin yeni rəisi vəxtından əvvəl cəzadan azadetmə məsələlərini də prioritet seçib.
Əvvəllər bu hal üçün məhkumlardan, onların yaxınlarından rüşvət müqabilində məhkəmə üçün müsbət rəy yazılırdısa, indi bu qanunsuz tələb aradan götürülüb.
Ancaq indi yeni rəisi tapşırığına əsasən müəssisə rəhbərliyi qanunla müddəti başa vuran bütün məhkumların sənədlərini zamanında yerli məhkəmələrə təqdim edir.
RealMedia.az xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı Penitiensiar Xidmət rəisinin bu sahədə ciddi dönüşə səbəb olacaq qərarları bəzi müəssisə rəislərinin heç də ürəyincə deyil.
Belələrindən birinin Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov olduğu bildirilir. Məlumat üçün qeyd edək ki, Avropa standartlarına uyğun qurulan mu müəssisə həm təcridxana, həm ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən ibarətdir.
Bildirilir ki, Şəki Penitensiar müəssisəsində məhkumlara qarşı qanunsuz davranış, onların görüşə gələn yaxınlarından pul tələb edilməsi kimi “köhnə ənənələr” hələ də müəssisədə davam edir.
İddialar görə, müəssisəyə ilk daxil olan məhkum 14 günlük karatın rejimindən vaxtından əvvəl “baraklar” köçürülməsi üçün müəssisə rəisinə500 manat pul verməlidir. Bundan başqa təcridxanada iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manatŞ tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl üilə üzvlərinlə görüşmək 300 manat və sairə pul ödənilməlidir.
Rəisin bu “daskı”sı məhkumların haqlı narazılığına səbəb olub. Onlar bu üzdən də mətbuat vasitəsilə Mirsaleh Seyidovun Şəki Penitensiar Müəssisəsinə xüsusi diqqət yetirməsini xahiş edirlər.
Onu da qeyd edək ki, yaxın vaxtlarda Penitensiar Xidmətdə kadr islahatlarına başlanılacaq. Baş vermiş islahatlar fonunda xeyli yüksək vəzifəli xidmət və müəssisə əməkdaşları vəzifələrini itirəcəklər. İşini itirəcək şəxslər arasında Xidmətin kadrlar şöbəsinin rəisi Əflətub Məmmədov və Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun da adları yer alıb.
Qısaca olaraq qeyd edək ki, Əflatun Məmmədovun adı Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət almaqda keçirdi. Lakin həmin vaxt Ceyhun Həsənov Əflatun Məmmədovun məsuliyyətə cəlb edilməsinə bütün səylə imşan vermədi.
Mayıl Məmmədova gəlincə isə, onun da adı Cehyun Həsənovun dövründə rüşvət qalmaqalında çəkilməklə yanaşı, həm də müəssisə daxili gizli narkotik vasitələrin ticarətini təşkil etməkdə keçirdi. Bununla bağlı dövrü mətbuatda kifayət qədər informasiyalar dərc olunub.
Yazıda adı keçən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
P.s. Yazı ayrı-ayrı media resurslarında yayımlanan məqalələrə istinadla hazırlanıb.
MƏNBƏ: RealMedia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir