Cəmiyyət

Ona olan etimadı doğrultmadı… – İTTİHAM VAR…

Elnur Rzayev Xaçmazın icra başçısı postuna heç də özünün fitri idarəçilik istedadı, rəhbər şəxs qabiliyyətinə görə təyin olunmayıb. Bunu geridə qalan zaman təsdiqləyir. Xaçmazın keçmiş başçısı Şəmsəddin Xanbabayev kimi idarə edən Elnur Rzayev gənc məmur etimadını doğrulda bilmədi. Əslində o, bura qədərki iş yerlərində də fəal, bacarıqlı kadr olmayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, Gəncədə ASAN Xidmətin direktoru, sonra icra başçısı Niyazi Bayramovun müavini olan Rzayev hər iki vəzifədə fərqlənə bilməyib. Gəncədə başçı müavini işləyərkən isə qeyri-rəsmi “qara kassa” rolunu oynayıb. Onun Gəncədən Xaçmaza təyinatı isə bir qədər gözlənilməz oldu. Çünki bir rayonu idarə edəcək potensiala malik deyildi. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Xaçmazın rəhbəri kimi onun görüşləri öncədən təlimatlandırılmış şəxslərlə təşkil olunur. Odur ki, rayonda problemlər xirtdəyə qədər, həllini gözləyən məsələlər çox, amma Rzayev əlini ağdan qaraya vurmur. Bütün bu detallar onun vəzifədən gedişini sürətləndirə bilər.

Məlumata görə, seçkidən sonra prezident idarəetmədə mühüm kadr dəyişiklikləri həyata keçirəcək. Bu sırada yerli icra hakimiyyəti rəhbərləri də yer alacaq və Elnur Rzayev də gənc icra başçısı olmasına baxmayaraq, yola salınacaqlar siyahısındadır. Xaçmazdan gələn xəbərlərə görə, Rzayev məhz başçı kimi prezidentin tapşırıqlarını yerinə yetirə bilməyib, əhali ilə işləməyib. Bu da Xaçmazda böyük narazı ordusu, şikayətçilər batalyonu yaradıb. Onu da bildirək ki, icra başçısı 450 min manata “Range Rover” maşını almaqla bir müddət əvvəl gündəmə gəlmişdi. Mətbuatda həmin maşın haqda bildirilmişdi ki, Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib. Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ali Məhkəmənin sədri İnam Kərimovun qohumudur. İnam Kərimov ASAN Xidmət rəhbəri olanda, onu da Gəncə üzrə mərkəzə direktor təyin etmişdi. Elnur Rzayev həm də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əlavə edək ki, Rzayev gündəmə həm də şəhidlərə hörmətsizlik etməkdə ittiham olunmaqla gəlmişdi. Ağ Partiya sədri Tural Abbaslı onu tənqid etmişdi: “Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?!”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir