Cəmiyyət

İlham Əliyev yeni şöbə müdirləri təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ədalət Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti Şahin Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam izmalayıb.
Sərəncamda deyilir:
Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilsin.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir