“Taksi xidməti ilə bağlı yeni qaydalar hansısa yüksək vəzifəli şəxs və şəxslərin bu sahəni monopoliyaya almaq, qaz vurub qazan doldurmaq, camaatın axırıncı çıxış yolu kimi “taksavatlıq”dan evinə, ailəsinə, uşağına apardığı bir tikə çörəyi əlindən almaq hərisliyidir, vəssalam”. Dia-az.info bildirir ki, bunu özz etirazında tanınmış jurnalist Cavanşir Həsənli açıqlayıb.
O daha sonra bu gün ölkəmizdə taksi biznesində hansı məmurların maraqlı tərəf kimi çıxış etdiyi haqda da fikir yürüdüb: “Yeri gəlmişkən, Azərbaycanda taksi xidməti ilə məşğul olan “Uber Azərbaycan” MMC-nin təsisçisi Ramin Quluzadənin qaynı Yaqub Yusif oğlu Zamanovdur. MMC-nin qanuni təmsilçisi, yəni direktoru Müşfiq Həsənov Vaqif oğlu baş nazirin müavini Şahin Mustafayevin oğlu Abdulla Mustafayevin və Milli Məclisin deputatı, məşhur işadamı Məşhur Məmmədovun İstanbuldakı bizneslərinin (“ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” və “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” ) ortağı olub….”(Dia-az.info)