Cəmiyyət Manşet

Cavanşir Feyziyev də qollarını Gürcüstanın yenidən qurulmasına ÇIRMAYIB – BU DA FAKT!!!

Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı ilginc faktlar açıqlanıb. Dia-az.info bildirir ki, London məhkəmələri tərəfindən milyonlarına əl qqoyulan Cavanşir Feyziyev deyəsən, biznesini Gürcüstana köçürməkdədir. Hər halda, o da digər oliqarx məmur və deputatlarımızı kimi işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına yox, kənar bir ölkədə şəxsi biznesinin inkişafına daha çox maraqlı və daha çox həvəslidir.
Dia-az.info olaraq deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı faktları təqdim edirik:
“1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2″ yaşayış kompleksi (2019-cu ildə tamamlanıb)”.

Dia-az.info xəbər verir ki, binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.

Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Cavanşir Feyziyev də qollarını Gürcüstanın yenidən qurulmasına ÇIRMAYIB

Paylaş: