Cəmiyyət

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ… – Nazirliyə MÜRACİƏT OLUNDU

“Yox… bu yanğın deyil… Elə müraciətimizi də düz ünvanlamışıq… Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Yaxşı bilirik ki, yanğın olsaydı, Fövqəladə Hallar Nazirliyinə müraciət edərdik. Hər gün belədir. Çünki bu, “Kremlin Hall” restoranında bişən kababın tüstüsüdür. Yəqin ki, Ekologiya Nazirliyi bu tüstünün sakinlərə püskürdülməsinə bir əncam çəkər”. Dia-az.info bildirir ki, bu barədə sakinlərin gileyində ifadə olunub.

Aşağıdakı fotoları yollayan sakinlər yazır:

“Əhmədlidə Telnov/Lütfizadə küçəsində yerləşən “Kremlin Hall” Şadlıq Sarayında toy olan zaman bütün tüstüsü binaları götürür.

Pəncərələri açırsan vay, açmırsan vay… Nə evdə hava almaq olur, nə də həyətdə oturmaq… Buna bir əncam edər yəqin ki, ETSN-nin başbilənləri…” (Dia-az.info)

Paylaş: