“Şikayətim Chevroletin Azərbaycan mərkəzindəndir”. Dia-az.info-nun xəbərinə görə, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Fidan Qənbər adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “05.02.2024-də Turbo.az saytında Chevrolet aveo 2014 sedan avtomobilini alqı-satqı məqsədilə diaqnostikaya saldırmışam. Diaqnostika talonum itdiyindən yenisini vermirlər. Bununla yanaşı, diaqnostika edilən maşındakı qüsurları gizlədiblər. Və mən bu qüsurları maşını başqa yerdə diaqnostika etdirən zaman öyrənmişəm.
Əvvəla, vuruq və zərbə görmüş, kapotu və sağ ön qanadı əzilmiş, dəmirçi işi görmüş, boyanmış bu maşına hansı ağıl və məntiqlə “vuruğu və dəyişən detalı yoxdur” deyə müştəriyə yalan məlumat verirsiniz? Sabah o maşını avtoekspertizadan keçirsəm yalan və fırıldaqçılığınız bilinsə sizin yaxanızdan yapışmayacağımımı düşündünüz?
Rəsmi servisə dəfələrlə getməyimə baxmayaraq o diaqnostika talonunu nə əsasla vermirsiniz? Mülkiyyətçi olaraq maşınımın qəza tarixçəsini öyrənmək hüququmdur. Səbəb nədir? Sizdən rəsmi və məntiqli açıqlama gəlmədiyi müddətcə bütün sosial şəbəkələrdə sizi biabr edəcəm”.