Cəmiyyət Manşet

31 nömrəli məktəbdə “Zərərli vərdişlərə yox deyək” maarifləndiriçi tədbiri keçirilib

Azərbaycan Dillər Universiteti daim həyata keçirdiyi yenilikçi layihələri ilə diqqət cəlb edir. “Zərərli vərdişlərə yox deyək” layihəsi də məhz bu sıradan olan layihələrdəndir. Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən məçburi köçkün məktəblərində universitetin pedaqogika kafedrasının təşəbbüsü ilə IV kurs təcrübəci tələbələrin sözugedən layihə çərçivəsində həyata keçirtdikləri “Zərərli vərdişlərə yox deyək” tədbiri şagird – tələbə, müəllim -valideyn əməkdaşlığının möhkəmlənməsində əsl örnəyinə çevrilmişdir.

“Zərərli vərdişlərə yox deyək” adı altında keçirilən silsilə tədbirlərdə əsas məqsəd, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin səviyyəsini yüksəltmək, habelə onların asudə vaxtını səmərəli təşkil etmək üçün mühüm vasitələrdən biridir.

ADU-nun pedaqogika kafedrasının əməkdaşları pedaqoji təcrübə keçirilən hər bir məktəbdə 2018-2019 tədris ilinin aprel ayı ərzində “Zərərli vərdişlərə yox deyək” mövzusu üzrə müxtəlif  məzmunlu tədbirlərin keçirilməsini nəzərdə tutub. Bakı şəhəri, Yasamal rayonu, şəhid Aslan Ağabəyli adına 31 nömrəli məktəbində ADU-nun pedaqogika kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Şəfiqə Tahirovanın təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək” maarifləndiriçi tədbiri keçirilib. Tədbir zamanı ADU-nun təhsil fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələri X.Gülnar, Q.Nərgiz, H.Nailə, Ə.Tutu, R.Aytac, Q.Aytac, A.Qızqayıt, M.Leyli (qrup 405b) xüsusi fəallıqları ilə seçilmiş, şagirdlərə mövzu ətrafında maraqlı məlumatlar vermiş, onlara biri-birindən rəngarəng təqdimatlar nümayış etdirmiş və onları maraqlandıran bütün sualları cavablandırmışlar.

Qeyd olunan məktəbin şagirdlərindən Q.Rauf, F.Mirzə, İ.Aysel, A.Xeyransa, Ş.Əli, S.Adil, E.Natiq, A,Fərqanə təçrübəçi tələbələrə məzmunca və intelektuallıq baxımından biri-birindən maraqlı suallar ünvanlamışdılar.

Tədbirdə, həmçinin məktəbin fəal müəllimlərindən olan İbadova Ülviyyə, sinif kollektivi və bütövlüktə pedaqoji kollektiv adından təçrübəçi tələbələrə təşəkkürünü bildirmiş, ali məktəb və məktəb arasında sıx əməkdaşlığın yaranması üçün gələcəkdə də belə tədbirlərin keçirilməsini zəruri hesab etmişdir.

Tədbirin yekünunda isə, tədbirin təşkilatçısı Ş.Tahirova təcrübəli tələbələrə yaratdıqları şəraitə və göstərdikləri qayğıya görə, məktəb rəhbərliyinə və məktəbin pedaqoji kollektivinə xüsusi minnətdarlığını bildirmişdi.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir