Optik kabelləşdirmə adı altında milyonlarla manat dövlət vəsaiti necə mənimsənilir?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialının müdiri Nazim Əliyev şimal zonasındakı dövlət əmlakına qənim kəsilib. at oynatmaqdadır. Bununla bağlı cumhuriyyet.net-i məlumatlandıran mənbənin sözlərinə görə, Nazim Əliyev şimal-şərq zonasında optik kabelləşdirmə adı altında min tonlarla mis kabelləri mənimsəməkdə, bundan milyonlarla manat məbləğində qanunsuz gəlir əldə etməkdədir. Təsadüfi deyil ki, Nazim əliyev sadə vətəndaşlar arasında filial müdirindən daha çox “misyığan” kimi tanınmaqda, “Mis nazim “ ləqəbi ilə populyarlaşmaqdadır. Hər ay vaxtiylə torpağa basdırılan yüz tonlarla mis kabeli çıxararaq bunları şəxsi əlaqələri vasitəsilə “əridən” və “cibinə axıdan” Nazim Əliyev, Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialını şəxsi təəsrrüfatı kimi idarə etməkdədir.
Nazim Əliyevin qanunsuz əməllərindən biri də ondan ibarətdir ki, filial müdiri bəzi hallarda mis kabelləri çıxarsa da, onun əvəzində həmin ərazidə optik kabelləşdirmə işi həyata keçirmir. Mənbənin cumhuriyyet.net-ə bildirdiyinə görə, lakin sənəd üzərində həmin ərazisinin kabelləşdirilməsi qeyd olunur ki, bu da Nazim Əliyevə optik kabelləşdirmə üçün nəzərdə tutulan vəsaiti də mənimsəməyə imkan verir. Başqa sözlə desək, Nazim Əliyev bir daşla iki quş vurur ki, bu da filial müdiri üçün ikiqat gəlir deməkdir.
Nazim Əliyev bütün bu qanunsuzluqları iki yaxın adamı – texniki müdir Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizovun iştirakı ilə həyata keçirir. Hər iki şəxs “Mis Nazim”in qanunsuz əməllərinin reallaşmasında yaxından iştirak etməkdə, bu qanunsuzluqlara qanuni don geyindirməkdədir.
Məlumat üçün qeyd edək ki, Nazim Əliyev uzun müddət sabiq MTN şefi Eldar Mahmudovun sevimli kadrlarından olan Beytullayevin rəhbərliyi altında işləyib. (Turantv)