Cəmiyyət

Bakıda avtomobil 38 yaşlı qadını vurub

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Zirvə yolu”nun məlumatına görə, Müşviq qəsəbəsində 1986-cı il təvəllüdlü Quliyeva Gülnar Zahid qızı yolu keçərkən avtomobil onu vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.Faktla bağlı araşdırma aparılır.

Paylaş: