İş adamının qurban bayramında KTN-nin xətti ilə ölkəyə gətirilən qoyunların sayını gizlətməsi naziri qəzəbləndirib
Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə nazirliyin nəzdində fəaliyyət göstərən “Green Park Azərbaycan” MMC-nin direktoru təyin edilən Aydəm İsmayılovla bağlı Elçi.az-a ilginc məlumat daxil olub.
Aydəm İsmayılov nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Sonradan KTN-nin tərkibində yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmaq istəyib. Ancaq Aydəm İsmayılov nazir İnam Kərimovun qəzəbinə tuş gəlib.
Məlumata görə qalmaqallı iş adamının İnam Kərimovun qəzəbinə “tuş” gəlməsinin səbəbi, qurban bayramında Gürcüstandan ölkəyə gətirilən qurbanlıq qoyunlar olub.
Belə ki, KTN-nin xətti ilə qonşu ölkədən qurbanlıq qoyunların gətirilməsi Aydəm İmayılovla başqa bir iş adamına tapşırılıb. Aydəm İsmayılovla ortağı isə Gürcüstandan ölkəyə gətirdikləri qoyunların sayı KTN-nin kvotasından göstərdiklərindən çox olub. Bununla da iş adamı nazirin qəzəbinə “tuş” gəlib.
Aydəm İsmayılovla ortağı olan digər iş adamı əlavə qoyunların ölkəyə keçirilməsi üçün Gömrük Komitəsindəki bəzi şəxslərlə anlaşdığı deyilir. Məlumata görə Aydəm İsmayılovun KTN xətti ilə ölkəyə gətirdiyi qoyunların xeyli hissəsinin alınmaması məsələnin üstünün açılmasına səbəb olub.