“Azərbaycan Beynəlxalq Bankı”nın müştəriləri bankın göstərdiyi xidmətlərdən narazıdır.
Bununla bağlı bank müştərisi Heydər Rəsulzadə yazıb.
“Ayın əvvəlinə ABB Yasamal filialıma yaxınlaşıb TAMKART-a olan borcum haqqında narazılığımı dilə gətirdim. Filialın 7-ci masasında əyləşən oğlan dedi ki, bu aylıq 170 Azn borcunuz sistemdə görünür, onu ödəyin. 2 dəfə dəqiqləşdirmək üçün soruşdum ki, 170 mamatı ödəyirəm və bu ayləq borcum bağlanır, hə? Təsdiqlədi ki, bəli.
Bankdan çıxıb 170 manatı ödədim. Bu gün bankdan zəng ediblər ki, 23 manat gecikmədə olam borcunuz var. Vəziyyəti ozah edirəm, amma dəyişən bir şey yoxdur. Adımda artıq gecikmə var. Mənim indi burada günahım nədir axı??”, deyə şikayətçi bildirib.(Tribunainfo)
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.