Azərbaycan Respublikası Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin elan etdiyi “Hava keyfiyyəti üzrə Mobil laboratoriyaya cihaz və avadanlıqların alınması və quraşdırılması” ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, tenderin qalibi “Maybo” MMC olub. Tərəflər arasında 180.065,06 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
32gun.az-ın əldə etdiyi məlumata görə, qalıb şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Maybo MMC-nin vergi borcu 135331.86 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 1020 AZN olan MMC-nin qanuni təmsilçi Midhət Qurbanəliyev Çingiz Oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin isə rəisi Ceyhun Muradovdur.