Cəmiyyət

İdxal olunan DANA ƏTİ İNHİSARÇILARI… – İşin içində HƏR KƏS VAR…

Onlara AQTA-da, DGK-da, DVX-də kimlər “krışa”lıq edir?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə keçirdiyi müşavirələrdə süni qiymət artımı, süni bahalaşma yaradanları “natəmiz insanlar”, “işbazlar” adlandırıb və sərt şəkildə bildirib ki, bu işdə əli olan şəxslər ciddi cəza almalıdır ki, başqalarına də dərs olsun.

Məlumdur ki, süni qiymət artımının kökündə inhisarçılıq dayanır və real bazar qiymətini TƏLƏB-TƏKLİF deyil, inhisarçılar diqtə edirlər.

Prezident İlham Əliyev bildirib: “Ölkədə inhisarçılığa qarşı mübarizə daha da gücləndirilməlidir”.

Amma bəzi işbazlar bunu nəzərə almır.

Belə inhisarçılar barəsində bir-neçə il öncə yazmışdıq. Daha dəqiq desək, Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazısı dərc etmişdik.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda və iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada oturur, şəbəkənin bir QOLU Dağıstana, o biri QOLU isə Azərbaycana uzanır.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli şəxsdir. Dağıstanda isə, bu şəbəkənin başında duran Murad və Murada “krışalıq” edən- “Rosselxoznadzor”un Dağıstan üzrə rəisi Ramazan Ramazanovdur.

NUH.az saytı “dana monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparıb. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə, “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.

Adətən nənə-babalarımız deyərdi ki, “türk uşağı dil açanda ƏTCİ, ƏTCİ deyər, yəni ət yemək istəyər”. Və bu gün inhisarçılara görə insanlarımız ətə tamarzı qalıb.

Biz ciddi araşdırma nəticəsində bu “dana monopliyası”nın arxasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində, Dövlət Gömrük Komitəsində, Dövlət Vergi Xidmətində kimlərin dayandığını ortaya qoyacağıq və mediada ictimailəşdirəcəyik.

Ümid edirik ki, hüquq-mühafizə orqanlarımız millətə qənim kəsilən bu dana monopliyaasının əməllərini ortya çıxaracaq və hüquqi qiymət veriləcək.

Və nəticədə, möhtərəm Prezidentimiz İlham Əliyevin iqtisadiyyatda QARA YARA adlandırdığı inhisarçılığa son qoyulacaq.

NUH.az

Paylaş: