Rusiya parlamentində qalmaqallı qanun layihəsi təsdiq edilib.
Zirveyolu.info publika.az-a istinadən xəbər verir ki, bundan sonra cinsi təcavüzə məruz qalan qadınlar onlara hücum edənləri öldürsə, cinayət hesab olunmayacaq. Qanuna əsasən, zorakılığa məruz qalan qadınların həmin şəxsləri öldürməsi özünümüdafiə hesab olunacaq.
Bəs Azərbaycanda belə bir qanunun qəbul olunması nə dərəcədə realdır?
Hüquqşünas Səməd Vəkilov Publika.az-a açıqlamasında bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu məsələ öz əksini tapıb:
“Rusiyada bu, ayrıca qanun kimi qəbul olunub. Bizim Cinayət Məcəlləsində isə bu qanun zəruri müdafiə həddini aşmaq formasında əks olunub. Lakin bunun şərtləri başqadır. Özünümüdafiə real olmalıdır. Əgər kişi qadına əlində bıçaqla xəsarət yetirir və qadın da ona bıçaqla cavab reaksiyası verirsə, bu, özünümüdafiə hesab olunur. Lakin kişi şillə ilə xəsarət yetirir və qadın ona bıçaqla qarşılıq verirsə, bu artıq cinayət hesab olunur. Özünümüdafiə ilə bağlı cinayət məsuliyyəti deyil, inzibati məsuliyyət nəzərdə tutulub. Hesab edirəm ki, məişət zorakılığı kontekstində ayrıca qanun kimi qəbul etmək sui-istifadə hallarına gətirib çıxaracaq. Bu qanunun Azərbaycanda qəbul olunması yaxşı nəticələr doğurmaz. Belə qanun İslam ölkəsinə zərər vurar”.