“Xırdalanda yerləşən “Kristal Abseron”un 1-ci yaşayəş kompleksindən şikayətçiyəm”.
“Dia.az” xəbər verir ki, bu barədə Nübar Əsədova adlı sakin giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Həm MTK və həm də komendantlıq dövlət içində dövlət qurublar… Ürəkləri istədikləri kimi idarə edirlər…
Burada qayda-qanun yoxdur. Kefləri istəyəndə qiymət artımına gedirlər. Komendantlığa ödənilən aylıq pullar nə üçündür… bilinmir… Antisanitariya baş alıb gedir.
Hər gün dava-haray… Maşın parkinqi ancaq pulludur (ordan ev alan peşman olur)…
Bir parka bənzər yer vardı… Oranı da zəbt edə-edə bapbalaca bir yerə çevirdilər. 1 il yarımdan coxdur ki, parkda tikinti gedir və bitmək bilmir…”(Dia.az)