“2 gün bundan əvvəl məlum oldu ki, telefonumda kontur bitib, halbuki mənim hesablamama görə hələ kontur olmalı idi. Buna baxmayaraq nömrəmə əlavə 3 manat kontur yüklədim…” “Dia.az” xəbər verir ki, bu barədə özünü hər addımda “ölkənin ən böyük mobil operatoru” adlandıran və əslində işi-gücü müştəırilərinin ən kiçik vəsaitlərini belə mənimsəmək olan “Azercell”dən narazılıq edən sosial şəbəkə istifadəçisi Gülya QÜuliyevaya aiddir.
Narazı vətəndaş “Müştəriyəm Şikayətçiyəm” qrupundakı paylaşımında başına gələnləri belə nəql edir: “Həmin gün mənim nömrəmdən 2 manat çıxıldı. Azerselin qaynar xətti ilə əlaqə yaratdıqda məlum oldu ki, sən demə Azerselldə oturanlar özlərini ağıllı sayırlar və fikirləşiblər ki, necə edək ki, insanların cibinə girib çox rahatlıqla pul qazanaq. Artıq dekabr ayından sadə tariflərdə guya yenilənmə adı ilə hər ay bizim yüklədiyimiz konturlardan 2 manat pul çıxılır. Sual olunur bu ölkədə imkansız yaşayan təqaüdçülər, az təminatlı ailələr, işsizlər, tələbələr və s. maddi durumu aşağı olan kateqoriyalar var. Bu 2 manat həmin insanların 6-8 günlük çörək puludur. Hər ay insanların cibinə girib 2 manat oğurlamaq Azersell kimi yüksək gəlirlə işləyən şirkət üçün biabırçı addımdır. Mənə elə gəlir ki, bunu ictimailəşdirmək düzgün olardı…”
Dia.az