Cəmiyyət

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir “bazar” fəaliyyət göstərir. Dövlət xəstəxanalarının birində çəkilən və redaksiyamıza daxil olan şok görüntülər bunu sübut edir. Çöldə yüzlərlə xəstə insanın saatlarla növbə gözlədiyi bir vaxtda, qapıdakı nəzarətçilər və qeydiyyat şöbəsi cəmi 2 manat qarşılığında növbəsiz keçid təşkil edirlər. Əlinə pul alan şəxslər, can çəkən xəstələrin haqqını tapdalayaraq birbaşa həkim otağına daxil olurlar. Vətəndaşların üsyan etdiyi real görüntüləri təqdim edir və aidiyyəti qurumlara — TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sual ünvanlayırıq: Bu rüsvayçılığa kim dur deyəcək?

1xeber.media

Paylaş: