Şeremetyevo Beynəlxalq Aeroportu işini ştat rejimində bərpa edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında bildirilib. Aeroport sutka ərzində reyslərin yerinə yetirilməsi qrafikini yoluna qoymağı planlaşdırır.
Xatırladaq ki, ”Sukhoi Superjet 100”təyyarəsinin yanması nəticəsində 41 nəfər dünyasını dəyişib.