“Azərbaycanda zəlzələlə olduğu, hətta Bakı şəhərinin bəzi yerlərində titrəyiş hiss olunmasına dair burda yayılan məlumatlarla bağlı AMEA nəzdində RSXM-nin rəsmi nümayəndəsi kimi bildirmək istəyirəm ki, bu statusu yazdığım saniyələrə qədər respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan qeydə alınmayıb”.
Anews.az xəbər verir ki, bu sözləri RSXM-in mətbuat katibi Vüsalə Rafiqqızı bildirib. o bildirib ki, yayılan məlumatlar əsassızdır:
“Əgər hansısa ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər.
Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür”.