Sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya XİN başçısı erməni həmkarı ilə də ayrılıqda görüşəcək.