Cəmiyyət Manşet

Bakıda məhşur mağaza ermənilərə dəstək olur? – FOTOLAR

Bakıda məhşur brendlərin mallarının satıışını həyata keçirən “Emporium” mağazasının vitrinində hər zaman ermənilərə dəstək olan, onlara maddi yardımlar edən Kim Kardaşyanın bacısı, model Kendall Jennerin posterlərinin reklam olunub.

Sfera.az xəbər verir ki, Orxan Əkbərov adlı şəxs bu haqda məlumatı öz “Facebook” səhifəsində paylaşıb:

“Şəxsən mən bu şəkli görəndə əli şəhidlərimin qanına batan bir insan gördüm deyə mənəvi narahtlıq hiss etdim. Ümid edirəm modelin reklamını etdiyi La Perla-ya məsələnin həssasiyyəti izah olunar və bu posterlər oradan yığışdırılar”.

Sözügedən model “La Perla” markasının geyimlərin nümaiş etdirib. Məsələ izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Kendall Jenner İkinci Qarabağ müharibəsi zamanı özünün 171 milyonluq instagram səhifəsindən bacısı Kim Kardaşyana “Artsax” fonduna vəsait yığılması üçün dəstək istəmişdir.

Bakıda məhşur mağaza ermənilərə dəstək olur?
Bakıda məhşur mağaza ermənilərə dəstək olur?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir