Cəmiyyət

Əvəz Qocayevin ŞOK SƏRVƏT SİYAHISI… – Bitib-tükənmək bilmir…

Azərbaycanda məmurların sahib olduqları malikanələr, yaxtalar, yüz minlik avtomobillər, biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında məlumatlar yerli, eləcə də beynəlxalq media qurumlarında zaman-zaman tirajlanıb.

Qlobal.az xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin sərvətlərinin siyahısını yayılıb:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular

4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)

6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

10. Köhnə “Varovski”da 3 mərtəbə villa

11. Novxanıda ayrı-ayrılıqda 3 villa

12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

14. Port Bakuda 150 kv m daha bir mənzil

15. Binəqədi rayonunda böyük torpaq sahələri

16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

18. Şüvəlanda villa

19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

21. Dərnəgüldə tikinti materialları mağazası

22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

Qeyd edək ki, yayılan məlumata “Azəravtoyol” ASC münasibət bildirməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir