Cəmiyyət

Masallı meşələrində ŞOK KORRUPSİYA… – FAKT AÇIQLANDI…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) meşə təsərrüfatı sahəsində yol verdiyi daha bir saxtakarlıq halı ifşa olunub.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” İctimai Birliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi meşə bərpa tədbirlərinə ayrılan 860 hektar ərazinin guya 7 il ərzində hamısının tam uğurla meşə ilə örtülü sahəyə keçdiyini rəsmiləşdirib:

“Beləcə saxta sənədlərlə meşələrin inkişafına ayrılan vəsaitlər talan edilir və meşə göstəriciləri şişirdilir. Reallıqda meşələr qırılır. Kağızlarda isə meşələr artır”.

Masallı meşələrində ŞOK KORRUPSİYA... - FAKT AÇIQLANDI...
Masallı meşələrində ŞOK KORRUPSİYA... - FAKT AÇIQLANDI...

Korrupsiyaya qarşı çıxdığına görə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən işdən çıxarılan kadastr üzrə baş mühəndis Kərəm Ağazadə isə bildirir ki, mərkəzin baş meşəbəyisi ilə baş mühasibi bu ilin sentyabr ayının yağıntılı günlərində sənəd üzərində olub, realda olmayan əkin və təbii bərpalara saxta naryadlar (suvarma, fəhlə, qulluq və s.) yazıb. Bu təmiz biabırçılıqdır.

– Olmayan əkin və Təbii bərpaya.
– Məgər yağıntılı havada əkin suvarılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir