Cəmiyyət

Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER… – 74 minlik təmir işi görülüb?

Azərbaycan Dövlət Pedoqoji Kolleci 2021-ci ilin oktyabr ayının 17-də sifarişçi olduğu növbəti tenderə yekun vurub.

Kollecin “cari təmir” lotu üzrə sifarişçi olduğu tenderin məbləği 74.962 manat, qalibi isə “Turan 2018” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER... - 74 minlik təmir işi görülüb?
Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER... - 74 minlik təmir işi görülüb?

Dövlət Pedoqoji Kollecində təmir işləri aparacaq “Turan 2018” MMC 2018-ci ilin yanvar ayının 30-da qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Masallı rayonunun Köçəkçi kəndidir.

“Turan 2018” MMC-nin qanuni təmsilçisi Səmədov Vəli Uruf oğludur.

Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER... - 74 minlik təmir işi görülüb?

Maraqlıdır ki, Kollecdə təmir işləri aparacaq şirkətin fəaliyyət profili haqqında heç bir məlumat yoxdur.

“Turan 2018” MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, mühəndis heyəti, əlaqə telefonu və faktiki ünvanı barədə də informasiyaya rast gəlinmir.

Masallı rayon İcra Hakimiyyətinin Sosial şöbəsindən isə əməkdaşımıza rayonun Köşəkçi kəndində qeydiyyatı olan “Turan 2018” MMC adlı şirkəti tanımadıqlarını bildirdilər.

Digər məqam isə bu şirkətin Kollecdə cari təmir işləri aparması üçün müvafiq lisenziyalara malik olub-olmamasıdır.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Dövlət Pedoqoji Kolleci ilə “Turan 2018” MMC arasında “cari təmir” lotu üzrə bağlanmış tender müqaviləsinin predmetlərinə diqqət etdikdə isə görülən işlərin real bazar qiymətləri ilə uzlaşmadığını – müqavilədə iş üzrə göstərilən qiymətlərin reallığı əks etdirmədiyi görünür.

Müqavilədə nəzərdə tutulan işlər Yasamal və Sabunçu korpuslarında aparılmalıdır.

Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER... - 74 minlik təmir işi görülüb?

İsrayıl İsgəndərov, Azərbaycan Dövlət Pedoqoji Kollecin direktoru

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə əlaqə saxladıq. Pedoqoji Kollecin tender komissiyasından Qlobal.az-a verilən məlumatda deyilir: “Bildirmək istəyirik ki, kollecin keçirmiş olduğu cari təmirin satınalınması üzrə açıq tenderin zərflərin açılışı 18 oktyabr 2021-ci il tarixində baş tutmuşdur. Müsabiqənin yekun protokolu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. Satınalmalarda şəffaflığın, bərabərliyin və rəqabətliliyin təşkilinin təmin edilməsi üzrə müsabiqənin yekunlarına dair istədiyiniz məlumatları https://etender.gov.az/ portalı vasitəsi ilə əldə edə bilərsiniz”.

Dövlət Pedoqoji Kollecində ŞÜBHƏLİ TENDER... - 74 minlik təmir işi görülüb?

Sahib Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Dövlət Pedoqoji Kollecinin sözügedən tenderlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də mövqe öyrəndik. Xidmətdən verilən məlumatda yazılır: “Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən satınalma prosedurları haqqında hesabatın bu Qanunun 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən, yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə satınalan təşkilat tərəfindən verilə bilər. Göstərilənləri nəzərə alaraq müraciətinizdə qeyd olunan məsələlərin cavablandırılması üçün Azərbaycan Dövlət Pedaqoji Kollecinə müraciət etməyiniz tövsiyə olunur”.

Qlobal.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir