Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda şübhəli bilinənlər – Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.