Cəmiyyət

Vahid Ələkbərovun Oğurlanan Milyonları Və Batdıqca Batan – “Yelo Bank”

Ötən ili zərərlə başa vuran “Yelo Bank”a birbaşa olaraq fiziki şəxs, azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir. Bankın səhmlərinin 96%-i “Topaz İnvestments Limited” QSC şirkətinə, 3,9% ilə Marina Kulişova Valeryevna və 0,1% payı ilə “İsr Holding”ə məxsusdur.

Marina Kulişova Valeryevna bankda səhmdar, həm də Vahid Ələkbərovun “Topaz İnvestments” şirkətinin direktoru və “Yelo Bank”ın müşahidə şurasının sədridir.

2016-cı ildən ciddi struktur dəyişikliyinə gedən “Yelo Bank” səhmdarların pay bölgüsündə dəyişmələr həyata keçirib. 2016-cı ilin sonunda bankda 91.84% paya sahib olan “Topaz İnvestments” şirkəti 2017 –ci ildə 93,16%-lə, hazırda isə 96%-lə “Yelo Bank”da səhm sahibidir. Həmin ildə “Nikoil” QSC bankdakı 7,98% payını Marina Kulişova Valeryevnaya satıb. 2017-ci ildə isə azərbaycanlı milyarder İsgəndər Xəlilov bankdakı payını 0,19%-dən 0,16-ya salıb. Hazırda isə İ.Xəlilovun (İsr Holdinqin) bankda 0,1% payı var.

Vahid Ələkbərova məxsus bankın talan olunması hələ 2005-ci ildən başlayıb. 12.5 il əvvəlki “Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunmuşdu. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş V.Xamaza Azərbaycanı tərk edib. Federal və beynəlxalq cinayət axtarışına verilən Xamaza 2018-ci ilin sentyabr ayında Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra banka Gürcüstan vətəndaşı Nikoloz Şurqaia sədr təyin olunur ki, o da bankın vəsaitlərini müxtəlif yollarla talayaraq mənimsəyib. “Kommersant.az”ın bu barədə dəfələrlə yazmasına baxmayaraq, Vahid Ələkbərov və bankın idarəçiliyinə məsul və həmçinin bankın səhmdarı Marina Kulişova Valeryevna heç bir reaksiya verməyib.

Bankın idarə heyyətinin sədri Nikoloz Şurqaia banka təyin olunduğu ildən bu günə qədər əvvəlki “Nikoil Bank” hazırki “Yelo Bank”ın rüblük və illik hesabatları yekunu zərərlə başa vurub. Sabiq sədrin təyin olunduğu illə 2020-ci ilin sonunu müqayisə etsək, görərik ki, “Yelo Bank” 45 milyon 381 min manat zərər edib.

Cədvəldən də göründüyü kimi Vahid Ələkbərovun bankı Nikoloz Şurqaianın təyinatı və bu illər ərzindəki fəaliyyətində xeyli geriləyərək ölkənin ən zəif banklarından birinə çevrilib.

Mətbuatda dərc olunan yazılara görə, N.Şurqaia və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”-ın rəhbərləri ilə ciddi işbirliyi içərisində olub. Onun dövründə “Yelo Bank”-da “TBC Bank”-dan göndərilən 4 nəfər Gürcüstan vətəndaşı çalışıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Nikoloz Şurqaianın Gürcüstanın bank sektorunda ciddi əlaqələri olub və o, bu əlaqələrdən daha çox şəxsi mənfəəti üçün istifadə edib. Bu zaman “Yelo Bank”-ın vəsaitlərini də istifadə etməkdən çəkinməyib.

Məlumata görə, “Yelo Bank”-ın hələ də mənfəətlə işləyə bilməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqaia və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə ediblər. Konkret ifadə etsək, Vahid Ələkbərovun pullarını işbirliyində olan tikinti şirkətlərinə, habelə Gürcüstanın “TBC Bank”-nın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOKT) – “TBC Kredit”-ə yönləndiriblər.

Məlumatlarda qeyd olunurdu ki, “Yelo Bank”-dan külli miqdarda vəsaitin adıçəkilən BOKT-a yönləndirilməsi işinə bilavasitə Nikoloz Şurqaia, Spartak (Azərbaycanda Nukri kimi tanınır) Tetraşvili, sədr müavini Fuad Tağıyev və departament direktoru Fuad Mədətov rəhbərlik ediblər. Bankın çökdürülməsində mühüm rol oynamış Gürcüstan vətəndaşları N.Şurqaianın istefaya göndərilməsi ilə eyni zamanda ölkədən gediblər. BOKT-da isə Spartak Tetraşvilini vaxtı ilə onun əlaltısı olan Əjdər adlı şəxs əvəzləyib.

Xatırladaq ki, N. Şurqaia “Yelo Bank”-dan əvvəl “Rabitə Bank” ASC-nin İdarə Heyətinin sədri, sonra “Unibank”-ASC-da yüksək vəzifədə çalışıb. Hər iki kommersiya qurumundan yarıtmaz fəaliyyətinə görə qovulub. Son nəticədə dörd il yarıma “Yelo Bank”-ı çökdürdükdən sonra buradan da uzaqlaşdırılıb. Amma o və kamandası bank sektorundakı əməllərinə görə cəzasız qalıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Qeyd edək ki, N. Şurqaianın və ətrafındakı şəxslərin qanunsuz əməlləri barədə dəfələrlə Azərbaycan Mərkəzi Bankında (AMB) müraciət və şikayət edilsə də, heç bir tədbir görülməyib. Belə müraciətlər bir neçə dəfə mətbuatda da işıqlandırılıb, amma nəzarətçi qurumlardan heç bir reaksiya olmayıb.

“Yelo Bank”ın idarə olunmasında həmişə ciddi problemlər olub. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv olunana qədər bankda bir neçə dəfə yoxlama aparıb və ciddi qanun pozuntuları üzə çıxarıb. Sonuncu yoxlama zamanı vəsaitlərin bankdan kənar fəaliyyətlərə yönləndirilməsi məlum olub.

Bütün bunların nəticəsində bankın əsas sahibi azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin rəhbəri Vahid Ələkbərov “Yelo Bank”-a əlavə sərmayə yönəltsə də, xeyri olmayıb.

Bankdakı oğurluq işlərində idarə heyətinin sədrlərindən başqa filial müdirləri və kiçik vəzifəli şəxslər də iştirak edib. 2019-cu ilin əvvəllərində o vaxtkı “Nikoil” İKB-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırov ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən istəyərək almalarına, həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhə olduğundan faktla bağlı cinayət işi başlamışdı.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr ortaya çıxmışdı.

Nəticədə R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hər il daha da geriləyən “Yelo Bank” 2020-ci ilin 39 milyon 748 min manat xalis zərərlə başa vurub.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Bankın müştərilərinə verdiyi xalis kreditləri 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb. Bu da bankın cəmi aktivlərinin 93 milyon 804 min manat azalmasına səbəb olan əsas göstəricilərdən biridir.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

“Yelo Bank” 1 il ərzində 79 milyon 87 min manatlıq depozit itirərək depozit portfelini 235 milyon manatadək endirib. Buna görə də bankın cəmi öhdəlikləri 83 milyon 696 min manat azalaraq 333 milyon 839 min manata enib.

Bankın faiz gəliri 4 milyon 134 min manat azalaraq 53 milyon 538 min manata, faiz xərcləri isə 2 milyon 155 min manat artaraq 18 milyon 965 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 6 milyon 289 min manat və ya 15,% azalaraq 34 milyon 573 min manata düşüb. Bankın qeyri-faiz gəliri 1 milyon 255 min manat azalaraq 3 milyon 783 min manata düşsə də qeyri-faiz xərcləri 6 milyon 641 min manat artaraq 40 milyon 802 min manata çatıb. Nəticədə bankın əməliyyat zərəri 14 milyon 185 min manat artaraq 2 milyon 446 min manat olub.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

“Yelo Bank”ın xalis zərəri isə 39 milyon 816 min manat artaraq 39 milyon 748 min manata yüksəlib.

Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manatdan aşağı düşərsə o zaman o bankın lisenziyası ləğv oluna bilər. “Yelo Bank” isə bu normativə cəmi 3 milyon 805 min manat fərqlə cavab verə bilir. Çünki, bankın məcmu kapitalı 1 il ərzində 15 milyon 152 min manat və ya 22% azalaraq 53 milyon 805 min manata düşüb.

Vahid Ələkbərov bankına milyonlarla manat yatırım etməsinə baxmayaraq, “Yelo Bank” 2020-ci ilin sonunda 39 milyon 748 min manat zərər etməsi bankın aktivlərə görə faiz zərərini (ROA) 10%dən çox edib. Halbuki bu göstərici 2019-cu ilin sonunda 68 min manatla 0,01% aktivlərə görə faiz gəlirliyi əldə edib.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən əmanətlər ən azı 8%-dən başlayır. Avropa ölkələrində isə bu rəqəm 1%-dən başlayır. Yəni Vahid Ələkbərov əldə olan vəsaiti yerli və ya avropa banklarında əmanət olaraq yerləşdirsəydi, daha artıq gəlir əldə edə bilərdi.https://milletinsesi.info/liv.html https://paralel.az/paralel.html

Bankın kapitala görə faiz zərəri (ROE) isə 69,1%-dən çox olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 79,2% çoxdur.

Mənbə: kommersant.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir