Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nə ehtiyac var?.. – HƏQİQƏTƏN DƏ…

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəarnda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirib. Seminarda nə danışılıb, nə deyilib deyə bilmərəm, bircə onu deyı bilərəm ki, dini qurum uzun illərdir ki, bölgələrdə belə seminarlar təşkil edir. Məqsəd gənclərə din, radikalizm, ekstremizim və s. haqqında məlumat verməkdir. Ancaq belə seminarlar vasitəsilə gənclər nə öyrənə bilər ki?
Rayon turlarının “arasında” seminarlar təşkil etmək əvəzinə gənc deyilən qrupların daha çox istifadə etdiyi resurslarda onların anlayacağı mətn və vizual materiallarla təbliğat aparmaq daha faydalı olardı. Çünki hamımız bilirik ki, uzun-uzun mühazirələr, çıxışlar kimliyindən asılı olmayaraq hamıya yuxu gətirir. Bəlkə zalda kimsə, maraqla dinləyirmiş kimi görünə bilər, amma o şəxsi kənara çəkib, seminarın nə ilə bağlı olduğunu soruşsanız, gözlərini döyüb üzünüzə baxacaq. Çünki bu gün sizin fəaliyyətiniz ,müasir gənclər üçün köhnəlmiş bir üsuldur. Saatlarla hansısa zalda oturub, kiminsə mühazirələrini dinləmək indiki gənclər üçün deyil. Seminarlarda iştirak edən gənclər belə, bəlkə də kiminsə “tapşırığı” ilə həmin seminarlara qatılır. Bu tip hadisələrə az şahid olmamışıq. Büdcə vəsaitini belə tədbir və seminarlara xərcləmək, bəlkə də ən asan üsuldur.

DQİDK belə şablon seminarlar əvəzinə 5-10 gəncə deyil, yüzlərlə gəncə istiqamət verən şəxslərin vasitəsilə maarifləndirici təbliğat apara bilər. Ancaq görünən odur ki, dövlət qurumunun fəaliyyəti bölgələrdə tədbirlər keçirib, KİV-lərdə bununla bağlı press rezlizlər yaymaqdan ibarətdir. Bir də bölgələrdə yemək-içmək tədbirləri təşkil etmək… Hamımız yaxşı bilirik ki, bölgələrdə təşkil edilən bəzi tədbirlər hansı formada təşkil edilir.

Bu günə kimi DQİDK, fəaliyyəti çərçivəsində nə ilə yadda qalıb? Ümumiyyətlə, belə bir quruma ehtiyac varmı?

Radikalizm və eksterimizm təhlükəsindən gəncləri qoruyaq deyirsiniz, bu istiqmaətdə tədbir keçriməkdən başqa nə iş görürsünüz? Keçirdiyiniz tədbirlər nə qədər gəncə çata bilir? Bu tədbirlər sayəsində nə qədər “beyni yuyulmuş” gənc, istiqamətini əks tərəfə çevirməyi bacarır? Və ya sizin fəaliyyətiniz, bu gənclərə hansı bacarığı verir? Ya da siz bunu bacarırsınızmı?

Mətbuata açıqlamalar vermək və tədbir press-relizləri göndərmək, “fəaliyyətimiz var” demək deyil. Fəaliyyəti şəffaf şəkildə cəmiyyətə təqdim etmək lazımdır. “Bu həftə Lənkəranda seminar var” prinsipi ilə keçirilən tədbirlər, boğazdan yuxarı deyilən və mədədən səslənən fikirlərin nəticəsidir ki, Azərbaycanda dövlətə qarşı çıxan və din adı altında fəaliyyət göstərən şəxslər hələ də var. Ki, bunların qarşısının alınmasında rolunuz şübhə yaradır.

Qısacası, standart mətnlərlə doldurulmuş press-reliz yaymaq fəaliyyətini bir kənara atıb real iş görülərsə, bəlkə “fəaliyyət” göstərdiyiniz qurum hansısa işə yarayar? Yoxsa, DQİDK niyə var ki?

Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir