Azərbaycan Ordusu bir neçə gündür Gorus istiqamətində mövqe dəyişikliyinə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Həmin məlumatlarda deyilir ki, Azərbaycan Ordusu Qızılca dağı (İşxanasar) istiqamətində mövqelərini bir qədər bərkitdikdən sonra, ağır texnika ərazidən bir qədər uzaqlaşdırılıb. Erməni tərəfi bildirir ki, əvvəlcə Ordumuzun postları tərk edib, çəkildiyini güman ediblər. Lakin sonradan məlum olub ki, əsgərlərimiz yeni yerləşmə yerində mövqeləri bərkitdikdən sonra ağır texnikanı bir qədər gediyə çəkiblər.
Bu əsnada, o da məlum olub ki, Gorusun Vorotan kəndinin alternativ yolu da Ordumuzun nəzarətinə düşüb. Bununla bağlı yayılmış şəkillərdən belə başa düşülür ki, Azərbaycan əsgəri əsas yüksəklikdə yerləşdikdən sonra Qafan-Gorus yoluna alternativ olan həmin torpaq yol da nəzarət altına düşüb. Lakin hərbçilərimiz ermənilərin həmin yoldan istifadə etməsinə heç bir maneçilik törətmir.
JAMAZ.İNFO xəbər verir ki, məsələ Vorotanla da bitmir. Məlum olub ki, Vorotanla yanaşı, Şurnuxu və Bərdzirəvan kəndlərinin yolları da Azərbaycan hərbçilərinin nəzarətindədir. Eyni aqibətlə Nor Arajazor kəndi də üzləşib.
İndi ermənilər düşünürlər ki, Azərbaycan həmin yollar da gömrük-keçid məntəqəsi quraşdıracaq. Çakatendə eyni addımın atılması onları qorxuya salıb. Elə bu səbəbdən də davamlı olaraq, Ermənistan hökumətindən kömək istəyirlər.