“”Protemir İnşaat” şirkəti və onun rəhbəri İlyas Namazov fırıldaqçılıqla məşğuldur”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Tural Mirzəyev adlı istifadəçi bildirir.
Daha sonra narazı vətəndaş yazır: “Bunlar məndən 40000 Azn alıb 11000 Azn-lik iş gürüblər… o da bərbad vəziyyətdə. Toplam 29000 Azn maddi ziyan vurublar mənə. Hər dəfə müxtəlif bəhanələr gətirərək məsələni uzadırlar öz xeyirlərinə.
Buradan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək bizə dəymiş ziyanın geri qaytarılması yönündə köməklik göstərmələrini xahiş edirik!
2 aydan çoxdur, şikayət ərizəsi yazmağıma baxmayaraq hələ də konkret nəticə yoxdur. Adam deyir ki, gedib 100 manat verib çıxıram.
Xahiş edirik, qanun çərçivəsində hüquqlarımızı bərpa edəsiniz!”
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…