Cəmiyyət Təhsil

Şirvan Təhsili Çöküb

Təhsil sistemində aparılan islahatlara baxmayaraq, korrupsiya və rüşvət halları hələ də qalmaqdadır.

Araşdırmalar göstərir ki, korrupsiya daha çox Şirvan rayonunda geniş yayılıb. Şirvan və bu kimi rayonların, məktəblərin, respublikanın müxtəlif rayonlarına səpələnməsi burada təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, həm də bu təhsil ocaqlarını korrupsiya yuvalarına çevirir.

Məlumatda iddia olunur ki, qeyd olunan məktəblərdə müəllimlərin repetitorluğa buraxılması, məktəblərin təmiri, şagirdlərin sadəcə adlarının məktəbdə qeyd edilməsi… hər şey Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyevin nəzarətindədir.

Və əldə olunan pullar qəpiyinə kimi direktorlar tərəfindən ona ödənilir. Yığılan pullardan hansı direktora nə çatacağına isə yalnız Rövşən Allahverdiyev qərar verir. Əksər direktorların isə ölkə banklarına kredit borcu olduğu vurğulanır.

Direktorların Təhsil Şöbəsinin müdirinin hər gün yüksələn “tələbləri” qarşısında susmaları isə onların da korrupsiya zəncirinin bir həlqəsi olmaqları ilə əlaqədardır.

Xəbəral.az-ın Şirvan sakinlərinin sosial şəbəkələr üzərindən paylaşımlarına istinadən xəbərinə görə,açıq-aşkar görsənir ki, məktəblər qış fəsilinə kesə də, Şirvan şəhərinin məktəbləri istilik problemi ilə üzləşməkdədir.
Demək olar ki, uşaqlar məktəblərdə soyuqdan dərs keçə bilmirlər.

Son illər ölkədə müsbət istiqamətdə atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində təhsil sektorunda da inkişaf tempi müşahidə edilməkdədir. Yeni məktəb binalarının tikintisi, tədris prosesinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi kimi müsbət tendensiyalar artıq günün tələbinə çevrilib və təkcə paytaxt deyil, eləcə də regionlarda bu irəliləyişlər müşahidə edilir.
AMMA çox əfsuslar olsun ki,bəzən bölgələrdə icra başçılarının qanunsuz əməlləri barədə mətbuatda demək olar ki, hər gün yazılır. İcra başçıları, müavinlər və əsasən də icra başçısına yaxın olan şəxslər qanunsuz əməllərini davam etdirməklə insanları incik vəziyyətə salırlar.

Demək olar ki, Şirvan təhsili ölkənin, təhsil sahəsində ən geridə qalmış səviyyədədir. Ali məktəblərə qəbul isə tamamən pis vəziyyətdədir.

Şirvan sakinləri isə bundan çıxış yolu axtarır.

İnanırıq ki, Xəbəral.az-ın bu yazısından sonra Şirvan Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev Şirvan təhsilinə ciddi nəzarət edib, bir nəticə çıxaracaqdır.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir