Sahil Babayev 17 milyon dolları bu şirkətin vasitəsi ilə “silib” – KORRUPSİONER NAZİR NİYƏ CƏZASIZ QALIB?
Siyasi fəal Bəxtiyar Hacıyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin korrupsiya əməllərinin ifşası davam edir.
Zirveyolu.info-ın məlumatına görə, Gununsesi.info bildirir ki, Hacıyev bu dəfə nazirin bir fəhlə adına açdığı şirkət vasitəsilə Dünya Bankından alınan pullar haqqında yazıb.
Həmin qeydləri təqdim edirik:
Sahil Babayev nazir təyin olunandan 2 ay sonra öz kabinetini təmir edən fəhlənin adına açdığı deyilən “Aznest” və “Aqrikon” şirkətlərinin Dünya Bankından götürülmüş 100 milyon dollarlıq kredit hesabına keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 17 milyon dollar, dövlət büdcəsindən isə on milyonlarla dollarlıq tenderlər udması barədə yazmışdıq.
Aznest saytında qoyulmuş nömrə Getcontactda həm də Aqrikon tagları ilə çıxırdı, ikisinin də eyni əl olduğu görünürdü.
Bu məsələ ortaya çıxandan sonra pensiyaçıların, kasıbların müavinətini kəsib, özünü sürətlə zənginləşdirən Sahil müəllim nə etdi? Komandası ilə düşündü, daşındı, böhran kommunikasiyası ilə bağlı məsləhətləri dinlədi, Aznest saytına qoyduqları nömrəni sildilər. GetContactda da nömrəni bağladılar. Başlarını quma soxdular, elə bildilər arxaları görünmür, cinayətlər də bağlandı.
Bu ölkədə DİN 100 qram marixuana gəzdirən adam dalınca qaçır, prokurorluq hansısa post yazana xəbərdarlıq etməklə məşğuldur.
Sahil Babayevin bu qədər acgözcəsinə və qeyri-peşəkarcasına dövlət büdcəsini talaması və güya saytdan nömrə silməklə bunu ört-basdır etməsini görmürlər.
İş biz vətəndaşlara, fəallara, jurnalistlərə düşür.
Təklif edirəm Dünya Bankından alınmış və gələcək nəsillərin ödəyəcəyi 100 milyon dollar kreditin 17 milyon dollarını, dövlət büdcəsindən isə hər il on milyonlarla manatın köçürüldüyü bu “Aznest” şirkətinin saytında göstərilən ünvana gedib, “şirkət”i tapaq.
Görək, yaranandan 2 ay sonra milyonluq tenderlər udan şirkətin rəhbəri kimdir, neçə departamenti, işçisi var, ofisi necədir? Tanış olaq da, hər halda xalqın pulları ilə sürətlə böyüyürlərsə, xalq da onları tanısın. Niyə gizlənirlər, niyə nömrə silib, nömrə bağlayırlar?