Cəmiyyət

Azərbaycanda unun kisəsi 50 manata qalxıb? – Şirkətlər açıqladı

Sosial şəbəkələrdə unun topdan satış qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Zirveyolu.info  qaynarinfo-ya istinadla xəbər verir ki, unun bir kisəsinin hazırda 50 manata satıldığı bildirilib.

Bayram öncəsi unun qiymətinin birdən–birə 15 manatdan çox qalxması ilə bağlı olan bu məlumat xalq arasında böyük narahatlığa yol açıb.

Məlumatın nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün Azərbaycanda un istehsalı və satışı ilə məşğul olan iri şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.
“Karat Holdinq” MMC-dən Qaynarinfo-ya bildirilən məlumata görə, hazırda unun bir kisəsi 35 manat 90 qəpiyə satılır.

“Xırman” MMC-dən unun bir kisəsinin 36 manata satıldığını vurğulayıblar.

“Qarabağ un” MMC-dən hazırda satışın dayandığını bildirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir