Cəmiyyət

“Avtodetal” şəbəkəsində ŞÜBHƏLİ İŞLƏR… – İTTİHAM VAR!

“Avtodetal” mağazalar şəbəkəsi ilə bağlı araşdırma apararkən şirkətin rəhbərlərindən birinin geniş müsahibəsinə rast gəldik.
Deməli, şirkətin rəhbərliyi xüsusi olaraq vurğulayır ki, çoxunuz avtomobilin sadə mexanizm olduğunu düşünürsünüz: “ Ancaq bu sadə mexanizmdə bir səhv hərəkət, bir səhv detal qəzaya, hətta ölümə səbəb ola bilər. Ona görə də avtomobilinizə qulluq edərkən hər bir detala ayrıca diqqət göstərməlisiniz”.
Şirkət rəhbəri bir məsələyə xüsusi önəm verir və deyir ki, “Avtodetal” Mağazalar şəbəkəsi olaraq ORİJİNAL məhsullara üstünlük veririk. İllərin təcrübəsinə dayanaraq xaricdən məhsul gətirərkən orijinal olmasına diqqət yetiririk.
Amma, məlum olan odur ki, “Avtodetal”ın alıcılarının çoxu satılan ehtiyyat hissələrinin orijnal deyil, saxta və keyfiyyətsiz olduğunu düşünürlər.
Daha doğrusu, ehtiyyat hissələri orijinal adı altında satılsa da əslində saxta və keyfiyyətsiz olur.
Məlumat üçün qeyd edək ki, hazırda şirkətin bütün ölkə üzrə 8 filialı fəaliyyət göstərir: Babək, Yasamal, Biləcəri, Mikrorayon, Neapol, Bakıxanov, Sumqayıt, Masallı.
Bir az da şirkətin yaranması ilə bağlı mübahisələrə nəzər salaq.
Məlumdur ki, “Avtodetal”ın işçiləri vaxtilə “Ştutqart” şirkətinin işçiləri olublar.
Bu barədə Nəriman Əliyev də öz geniş açıqlamasında bildirib ki, ondan ayrılıb “Avtodetal” mağazalar şəbəkəsini quranlar vaxtilə “Ştutqart” şirkətinə milyonlarla vəsait atıblar.
Və “Ştutqart”ın ehtiyyat hissələrinin hesabına mağazaları işə salıblar.
Bütün bunlar azmış kimi “Avtodetal” MMC-nin sahibi, vaxtilə Ştutqart-ın direktoru olan Əfqan Abdullayev hazırda köhnə şirkətin müştərilərini ələ keçirmək üçün Ştutqart-ın mağazalarının yanında özü üçün alternativ mağazalar alır.
Yəni bu iki şirkət arasında hazırda münasibətlər çox gərgindir.
Bu barədə Ştutqartın sahibi, sabiq deputat Nəriman Əliyev deyir ki, “ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb:
“Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.
Və “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.
Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsin”.
İndi gördünüzmü, “AVTODETAL”ın sahibi olan Əfqan Abdullayev “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” qaydasından istifadə edərək, Ştutqartı-ın hesabına özünə şirkət yaradıb.
Beləcə, Əfqan Abdullayev vaxtilə direktoru olduğu şirkətə təkcə milyonlarla ziyan vurmayıb, həm də onun xeyli sayda müştərisini, alıcısını ələ keçirməyə çalışıb.
Təsəvvür edirsiniz, Əfqan Abdullayevin yaxını olan mağaza sahibləri hətta avtomobil ehtiyyat hissələrini də şirkətə təhvil verməyiblər.
Sözün düzü, biz bir media olaraq kiminsə tərəfini tutmağı düşünmürük. Amma…
Əmması odur ki, “Avtodetal” mağazalar şəbəkəsinin sahibi olan şəxslər vaxtilə yemək yedikləri qaba….
Bu isə yolverilməzdir.
Nəriman Əliyevin sözlərinə görə, baş verənlərlə bağlı auiditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır.
Sabiq deputat hətta mağazaların yanındakı ağacların kəsilməsinin də səbəbkarının Əfqan Abdullayev olduğunu bildirib:
“Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb”.
İndi gördünüzmü, Əfqan Abdulalyev və onun “Avtodetal” şirkəti hansı oyunlardan çıxır..?
Sonda onu qeyd edək ki, Avtodetal-ın rəhbərliyi yazır ki, yaxın zamanlarda Avtoservis açmağı planlaşdırırıq.
Soruşan lazımdır ki, sənin satdığın saxta ehtiyyat hissələrini kim alır ki, hələ bir Avtoservis də açırsan…
Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir