Zirveyolu.info xəbər verir ki, Gülnarə İsrafilin “Sirran” şeir kitabı 2022-ci ildə “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın içində Vətən mövzuları və digər mövzular yer alır, Kitabın ön söz müəllifi yazıçı, şair Naibə Yusif, korrektoru yazıçı, şair, Sevil Gül Nurdur. Kitabın içəriyi 124 səhifədən ibarətdir. “Sirran” müəllifin sayca üçüncü şeir kitabıdır. Sözü gedən kitabın 20.05. 2022-ci il, saat 14:00 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdimatı keçirilib. Təqdimatda tanınmış qələm adamları iştirak edərək kitabdakı mətn barədə fikirlərini səsləndiriblər. Tanınmış tənqidçi Vaqif Yusifli şairin üç kitabı haqqında yığcam fikirlər söyləyərək misraların fərqliliyini, Azərbaycan ədəbiyyatında kimsəni imitasiya etmədiyini və özünü, özünə məxsusluğu yaratdığını vurğulayıb, o, ən çox “Xocalıda uşaq doğulmadı”, “Qadın” şeirlərinin üzərində dayanıb. Oxucular müəllifin şeirlərini səsləndiriblər.
Tədbirdə tanınmış əməkdar jurnalist Azər Həsrət, yazıçı, jurnalist Azər Qismət, jurnalist Aqil Camal, jurnalist Sərdar Amin, Şərqşünas alim, yazıçı Əli Rzazadə, şair Süleyman Abdulla, şair, yazıçı Kənan Hacı, şair, publilisist yazar, jurnalist Vahid Aslan, şair, esseist, tərcüməçi, Azərbaycan ədəbiyyatına “Suprematizm” cərəyanını gətirmiş yazıçı Əli Şirin Şükürlü, yazıçı, şair Naibə Yusif, şair yazıçı Sevil Gül Nur, Jurnalist, şair Aybəniz Qaragilə Qafarlı, “Azad Qələm” qəzetinin təsisçisi, şair, publisistik yazar Nəcibə İlkin, şair Əli Musaoğlu, şair Turan Novruzlu, şair Arzu Hüseyn, şair Ülviyyə İbrahimova, şair Elçin Məmmədov, qiraətçi, şair Müşfiqə Baləddin, şair İlqar Türkoğlu, şair Milli Daşqın Ziyəddinoğlu və xanımı Nuranə Təbriz, şair Valeh Qoca, şair Şəhriyar Seyidoğlu, şair Elvin Ramizoğlu, şair Hidayət Sönməz, Şair Aida Adıgözəl, Nurlan Vaqifoğlu, Vətən müharibəsi qazisi, şair Oğuz Alparslan, şair Sərvər Kamranlı, şair Xəyal Zeynal, Azər Ağayev, Vüsal Ağa, Ülkər Nicatlı, doktor, yazar Rəfiqə Abbasova və digər KİV nümayəndələri iştirak ediblər. Həmçinin Nəzakət Kərimova Əhmədova, oxucu Gülnar Əhmədova, qazi Ülvi Qədir, şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, Qarabağın Tutusu Rüxsarə Cumayeva və qiraətçilər, müəlifin yaxın dostları və oxucular iştirak ediblər. Tədbir iki saat davam edib. Sonda Natiq Nəcəfzadənin çəkdiyi portret, “Ziyadar” diplomu “Sirran” kitabı adına müəllifə hədiyyə edilib.
Qeyd etmək lazımdır ki, çox maraqlı tədbir keçirildi. Bu cür tədbirlərin keçirilməsi insanları maarifləndirmək üçün zəruridir. Var olun dəyərli yazarlar çevrəmizi saran qaranlığı aydınlatmaqda davam edin.