Şou biznes

Anasını itirən Tacirdən ürəkdağlayan sözlər: “Süründüm dizimi daşlar apardı” – FOTO

Müğənni anası ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri qeyd edib

Ötən həftə anasını itirən müğənni Tacir Şahmalıoğlu hər kəsi kövrəldib.

Zirvryolu.info aznews.az-a istinadən xəbər verir ki, müğənni anası ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Yağdı saçlarıma həsrətin qarı

Heç oldu gözümdə həyatın varı

Yeriyə bilmədim qəbrinə sarı

Süründüm dizimi daşlar apardı

İnana bilməzdim vüqarım sına

Ürəyim dözmədi ana yasına

Yaman öyrəşmişdim yaz havasına

Üşüdüm ömrümü qışlar apardı”.

Qeyd edək ki, sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva ötən həftə dünyasını dəyişib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir