Cəmiyyət Manşet

Astarada ağlasığmaz EKOLOJİ CİNAYƏT… – Ekologiya işçiləri meşədə aqrobağ salır

Astarada Təngərüd meşəbəyliyinin 6 saylı meşə dolayında yerli Ekologiya idarəsinin əməkdaşları aqrobağ salmaq məqsədi ilə agacları məhv edirlər.

Zirveyolu.info AzToday.az-a istinadla xəbər verir ki, bu barədə “ecofront” məlumat yayıb. Məlumatda deyilir ki, meşədə aqrobağ salmaq məqsədilə 25-dən artıq iridiametrli ağacın (şabalıyarpaq palıd, cır xurma, vələs) gövdəsini halqavari kəsib və 10-15 ağacı deşib içərisinə kimyəvi məhlul tökərək onları məhv etməyi planlaşdırırlar. Həmin ağacların əksəriyyəti də “Qırmıza kitab”a düşüb.

Yerli sakinlər isə bildirir ki, işlərin başında Qurban adlı şəxs dayanır…

Baş verən cinayət hadisəsinin ictimailəşməsinə baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik heç bir tədbir görməyib. Əvəzində isə problemi ictimailəşdirən yerli sakinlərdən birinə inzibati qurumların təzyiqi başlayıb.

Təngərüd meşələrində baş verən cinayətin görüntülərini təqdim edirik:

videoya buradan baxın...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir