Fərid Novruzinin “Novaco”sunun dövlətə borcu 3 dəfə artdı – erməni malları satmaqla gündəm olmuşdu
Fərid Novruzinin “Novaco”sunun dövlətə borcu 3 dəfə artdı – erməni malları satmaqla gündəm olmuşdu
Bakıda məşhur geyim mağazaları və kofeşoplar şəbəkəsini özündə birləşdirən “Novco” şirkətinin dövlətə olan vergi borcu son 8 ayda 3 dəfə artıb.
Sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 3 milyon 500 min manatdır (3580591.67AZN)
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Novco” MMC-nin qanuni təmsilçisi qanuni təmsilçisi Nicat Əliyev Məmmədrəsul oğludur.
Şirkətin əsl sahibi isə iş adamı Fərid Novruzidir.
Mətbuatda gedən məlumata görə, mart ayında MMC-nin dövlətə olan vergi borcu 994 min 121 manat 27 qəpik idi.
Qeyd edək ki, “Novco” MMC-yə “OVS”, “Accessorize”, “Benetton” kimi geyim mağazaları şəbəkəsi, eləcə də “The Bagel Bar”, “Second Cup”, “Shakespeare” kimi məşhur restoran və kofeşoplar şəbəkəsi daxildir.
Xatırladaq ki, mətbuatda gedən məlumatlar görə, Novaco MMC-yə məxsus “OVS” mağazası Ermənistanda sitehsal olunan geyimləri satışa çıxarıbmış. 32gun.az